Azərbaycan 11 ayda 46 milyon dollarlıq metanol ixrac edib

Azərbaycan 11 ayda 46 milyon dollarlıq metanol ixrac edib Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 46,1 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub.
Energetika
30 Dekabr , 2020 17:23
Azərbaycan 11 ayda 46 milyon dollarlıq metanol ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 46,1 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin dekabr sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 milyon ABŞ dollar və yaxud 27,4 % azdır.

Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi