Azərbaycan 11 ayda 28 milyon tona yaxın neft ixrac edib

Azərbaycan 11 ayda 28 milyon tona yaxın neft ixrac edib Bu ilin yanvar-noyabr aylarında Azərbaycan, gömrük bəyannamələrinə görə, 27,6 milyon ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac edib.
Energetika
28 Dekabr , 2020 17:20
Azərbaycan 11 ayda 28 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə görə, 27,6 milyon ton bitumlu süxurlardan alınan xam neft və xam neft məhsulları ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 8,9 milyard ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac olunmuş məhsulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 %, dəyəri isə 36,2 % az olub.

Xam neft və xam neft məhsullarnın Azərbaycanın ümumi ixracında payı 68,4 % təşkil edib.

Son xəbərlər

Orphus sistemi