Qurumun yaydığı məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.
Görüşün sonunda Ş.Mövsümov ARDNF-in fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.