​Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru BMT-nin işçi qrupu ilə görüşüb

​Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru BMT-nin işçi qrupu ilə görüşüb Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Bakıda səfərdə olan BMT-nin ...
Energetika
27 Avqust , 2014 10:55
​Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru BMT-nin işçi qrupu ilə görüşüb
Bakı. 27 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Bakıda səfərdə olan BMT-nin İnsan Hüquqları Şurasının biznes və insan hüquqları üzrə işçi qrupu arasında görüş keçirilib. Bu barədə “Report”a ARDNF-in İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

Qurumun yaydığı məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, investisiya fəaliyyəti, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi barədə qonaqlara ətraflı məlumat verib.

Görüşün sonunda Ş.Mövsümov ARDNF-in fəaliyyətinə və MHŞT-nin tətbiqi prosesinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.

Son xəbərlər

Orphus sistemi