Yuxarı

"Aypara" strukturunda qazma üçün qurğu gələn ilin əvvəlinədək əraziyə çatdırılacaq

"Aypara" strukturunda qazma işləri başlayır

Norveçin “Equinor” şirkəti bu ilin sonu - 2020-ci ilin əvvəlində Xəzərin Azərbaycan sektorunda yerləşən “Aypara” perspektiv strukturunda ilk kəşfiyyat quyusunda qazma əməliyyatlarına başlamaq üçün qazma qurğusunu əraziyə çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə "Aypara-1" quyusunun Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin ictimai dinləmələrində “Equinor” şirkətinin qazma meneceri Arne Reydar Holvik qeyd edib.

Onun sözlərinə görə, qazma işlərinin 60-70 gün davam etməsi nəzərdə tutulur və quyunun layihə dərinliyi 3 900 metr təşkil edir.

Qazma aparılacaq yerdə suyun dərinliyi 140 metdir.

Qeyd edək ki, 2018-ci il mayın 30-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Equinor" arasında “Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” haqqında saziş imzalanıb. Layihənin həyata keçirilməsi üçün SOCAR və “Equinor” ortaq əməliyyat şirkəti yaradıb.

Saziş iyunun 29-da Milli Məclis tərəfindən ratifikasiya olunub.

“Aypara” perspektiv strukturu “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 25 km, Bakıdan isə 90 km məsafədə yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi