AYİB: TAP Qərbi Balkanlarda kömür istifadəsindən qaza keçidə yarıdm edəcək

AYİB: TAP Qərbi Balkanlarda kömür istifadəsindən qaza keçidə yarıdm edəcək Bakı. 5 dekabr. REPORT.AZ/ Transadriatik boru kəmərinin (TAP) tikintisi Qərbi Balkanlarda kömürdən qaza keçidə yarıdm edəcək.
Energetika
5 Dekabr , 2018 11:41
AYİB: TAP Qərbi Balkanlarda kömür istifadəsindən qaza keçidə yarıdm edəcək
Tap-ag.com

Bakı. 5 dekabr. REPORT.AZ/ "Transadriatik boru kəmərinin (TAP) tikintisi Qərbi Balkanlarda kömürdən qaza keçidə yarıdm edəcək".

"Report" xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nəşr etdirdiyi hesabatda deyilir.

Nəşrdə bildirilir ki, Qərbi Balkanlar çirklənməni azaltmaq üçün kömürdən hidroenergetikaya, bərpa olunan enerjiyə və qaza keçməlidir.

Qeyd edək ki, hazırda kömürlə işləyən elektrik stansiyaları regionda elektrik enerjisinin əhəmiyyətli bir hissəsini təşkil edir və bunun nəticəsində atmosferə atılan karbon miqdarı Aİ ölkələri üzrə orta göstəricidən üç dəfə yüksəkdir.

Bank qeyd edir ki, karbon tullantılarının azaldılması üçün region təbii qazdan istifadəyə daha çox diqqət ayırmalıdır.

"Regiona Azərbaycandan təxminən 10 milyard kubmetr qaz gətirəcək Transadriatik boru kəmərinin (TAP) tikintisi regionun kömürdən qaza keçidi üçün yeni imkanlar açacaq", - hesabatda vurğulanır.

AYİB qeyd edir ki, bu tədbirlər Qərb Balkanların karbon tullantılarını azaltmasına və eyni zamanda daha aşağı qiymətə təhlükəsiz və davamlı enerji ilə təchiz olunmasına kömək edə bilər.

Son xəbərlər

Orphus sistemi