Ayan Nəcəf: “Dekarbonizasiya ilə bağlı problem standartlaşdırmanın olmaması ilə bağlıdır”

Ayan Nəcəf: “Dekarbonizasiya ilə bağlı problem standartlaşdırmanın olmaması ilə bağlıdır” Dekarbonizasiya ilə bağlı problem həm də bu istiqamətdə standartlaşdırmanın olmaması ilə bağlıdır.
Energetika
11 Noyabr , 2024 14:06
Ayan Nəcəf: “Dekarbonizasiya ilə bağlı problem standartlaşdırmanın olmaması ilə bağlıdır”
Ayan Nəcəf

Dekarbonizasiya ilə bağlı problem həm də bu istiqamətdə standartlaşdırmanın olmaması ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.

O qeyd edib ki, dekarbonizasiya və karbon bazarlarının idarə edilməsi bütün dünya üçün böyük məsələdir: “Karbon bazarları, bununla bağlı qaydalar və digər məsələlər COP29 çərçivəsində keçiriləcək İqlim Fəaliyyəti Sammitinin əsas mövzularından biri olacaq".

A.Nəcəf vurğulayıb ki, dekarbonizasiya və karbon bazarlarının idarə edilməsinə dair problemlər həm də bu istiqamətdə standartlaşdırmanın, bazarda tənzimləmənin olmaması ilə bağlıdır: "Lakin bu barədə pessimist olmağa haqqımız yoxdur, çünki həll yolları tapmaq məqsədilə bir araya gəlmək üçün bizə dəstək olan böyük tərəfdaşlarımız var. Biz problemlərin öhdəsindən gəlməyə çalışırıq".

Son xəbərlər

Orphus sistemi