​Avstriya şirkəti "Nabukko"dan imtinaya görə Türkiyəni məhkəməyə verir

​Avstriya şirkəti "Nabukko"dan imtinaya görə Türkiyəni məhkəməyə verir Layihə Xəzər regionundan Avropaya boru kəmərinin tikintisini nəzərdə tuturdu
Energetika
30 Avqust , 2015 17:23
​Avstriya şirkəti Nabukkodan imtinaya görə Türkiyəni məhkəməyə verir

Bakı. 30 Avqust. REPORT.AZ/ Avstriyanın OMV şirkəti Azərbaycan və Avstriya arasında qaz kəmərinin ("Nabukko" layihəsinin bir hissəsi - red.) çəkilməsindən imtina edilməsi səbəbindən firmanın məruz qaldığı itkilərlə əlaqədar olaraq Türkiyə və onun baş naziri Əhməd Davudoğlunun məsuliyyətə cəlb edilməsinə dair Dünya Bankının Arbitraj Məhkəməsinə ərizə ilə müraciət edib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə işgüzar "Trend" jurnalı yazıb.

Şikayətçi hesab edir ki, Türkiyə ən azı əvvəlcə "Nabukko"nu dəstəkləməkdə, sonda isə Rusiyanın "Türk axını" alternativ qaz kəmərinin tikintisi üzrə layihəyə razılıq verməkdə günahkardır. Nəşr yazır ki, belə olan halda, söhbət ən azı planlaşdırılmaya sərf olunan xərclərin itkisindən gedir. Bundan əlavə, qaz tranzitindən mənfəət itkisi də mümkündür.

Qeyd olunur ki, OMV-nin "Nabukko"nun reallaşdırılması üçün yaradılan "Nabucco Gas Pipeline International GmbH" törəmə şirkəti istənilən halda 50 milyon avrodan məhrum olacaq.

Ərizə 1988-ci ildən Türkiyə və Avstriya arasında mövcud olan investisiyalar haqqında saziş çərçivəsində verilib.

İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəzin saytında yerləşdirilən məlumata görə, hazırda arbitraj ərizənin məhkəmədə baxılmaq üçün qəbuluna dair məsələni nəzərdən keçirir.

Son xəbərlər

Orphus sistemi