Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir

Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir Avropa İttifaqının (Aİ) 13 ölkəsi təşkilatın rəhbərliyinə ünvanladığı məktubda idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi tətbiq etməyə çağırıb.
Energetika
27 Sentyabr , 2022 16:57
Avropanın 13 ölkəsi təbii qaza maksimum qiymət həddinin tətbiqini istəyir

Avropa İttifaqının (Aİ) 13 ölkəsi təşkilatın rəhbərliyinə ünvanladığı məktubda idxal olunan istənilən təbii qaza maksimum qiymət həddi tətbiq etməyə çağırıb.

“Report” xəbər verir ki, bu barədə İtaliyanın “Il Sole 24 Ore” nəşri məlumat yayıb.

“Getdikcə daha çox Aİ ölkəsi maksimum qiymət həddinin tətbiqi ilə bağlı çağırışlara qoşulur. Bu, ölkələrə inflyasiyanın təsiri ilə mübarizə aparmağa, təchizatçı şirkətlərin həddindən artıq mənfəət əldə etməsini məhdudlaşdırmağa yardım göstərə biləcək yeganə tədbirdir”, - müraciətdə deyilir.

Bu məktuba İtaliya, İspaniya, Polşa, Yunanıstan, Belçika, Malta, Litva, Latviya, Portuqaliya, Sloveniya, Slovakiya, Xorvatiya və Rumıniya imza atıb.

Son xəbərlər

Orphus sistemi