Avropada təbii qazın qiyməti 6 %-dən çox düşüb

Avropada təbii qazın qiyməti 6 %-dən çox düşüb Avropada qazın min kubmetrinin qiyməti 1 650 ABŞ dollarından aşağı düşüb.
Energetika
4 Oktyabr , 2022 11:48
Avropada təbii qazın qiyməti 6 %-dən çox düşüb

Avropada qazın min kubmetrinin qiyməti 1 650 ABŞ dollarından aşağı düşüb. Bu, iyulun 21-dən sonra ən aşağı qiymət hesab olunur.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qaz fyuçerslərinin qiyməti günə 1 618 ABŞ dolları ilə başlayıb. Bu isə ötən ticarət günü qeydə alınmış qiymətlə müqayisədə 6,2 % aşağıdır.

Son xəbərlər

Orphus sistemi