Avropada təbii qazın birja qiymətləri azalıb

Avropada təbii qazın birja qiymətləri azalıb Avropada təbii qazın sentyabr fyuçerslərinin qiyməti ötəngünkü qiymətlərlə müqayisədə 0,5 % azalıb, bununla belə 2 500 ABŞ dollarından yuxarı qalmaqdadır.
Energetika
19 Avqust , 2022 11:53
Avropada təbii qazın birja qiymətləri azalıb

Avropada təbii qazın sentyabr fyuçerslərinin qiyməti ötəngünkü qiymətlərlə müqayisədə 0,5 % azalıb, bununla belə 2 500 ABŞ dollarından yuxarı qalmaqdadır.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, sentyabr fyuçerslərinin qiyməti günə 2 470,2 dollarla başlayıb, lakin daha sonra 2 503,9 dollara çatıb.

Xatırladaq ki, iyul ayında ICE-də ən yaxın qaz fyuçerslərinin orta aylıq qiyməti 50%-dək artıb. Belə ki, iyun ayında min kubmetr üçün 1180 dollar olan orta qiymət iyul ayında təqribən 1805 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi