Avropada təbii qazın qiyməti tarixi rekordu təzələyib

Avropada təbii qazın qiyməti tarixi rekordu təzələyib Avropada qaz fyuçerslərinin qiyməti günə 8%-dən çox artımla başlayaraq, 2000 ABŞ dollarını ötüb.
Energetika
3 Mart , 2022 13:07
Avropada təbii qazın qiyməti tarixi rekordu təzələyib

Avropada təbii qazın qiyməti tarixi rekordu təzələyib.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, təbii qazın qiyməti min kubmetr üçün 2 260 ABŞ dollarını ötüb.

12:01

Avropada təbii qaz fyuçerslərinin qiyməti günə 8%-dən çox artımla başlayaraq, 2000 ABŞ dollarını ötüb.

“Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın aprel fyuçerslərinin qiyməti 8,7% artaraq, min kubmetr üçün 2 065,9 ABŞ dolları səviyyəsinədək yüksəlib. Daha sonra qiymət 2 054,5 ABŞ dollarına düşüb.

Xatırladaq ki, Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlar fonunda Avropada təbii qazın qiyməti son günlərdə güclü volatillik nümayiş etdirir.

Son xəbərlər

Orphus sistemi