Avropada qazın ucuzlaşmasının səbəbləri açıqlanıb

Avropada qazın ucuzlaşmasının səbəbləri açıqlanıb 2020-ci ildə Avropada qazın qiyməti koronavirusun yayılması səbəbindən Çindəki tələbatın azalması ilə bağlı artan LNG idxalı nəticəsində azalacaq.
Energetika
6 Fevral , 2020 17:22
Avropada qazın ucuzlaşmasının səbəbləri açıqlanıb

2020-ci ildə Avropada qazın qiyməti koronavirusun yayılması səbəbindən Çindəki tələbatın azalması ilə bağlı artan LNG idxalı nəticəsində azalacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın "OMV AG" şirkətinin rəhbəri Rainer Seele mətbuat konfransında bildirib.

Şirkətin 2019-cu ilə dair hesabatında 2020-ci ildə satılan qazın orta qiymətlərində əvvəlki ilə nisbətən azalma gözlədikləri bildirilir.

Bundan əlavə, “Brent” markalı neftin ötən ilki 64 ABŞ dollarına qarşı cari ildə orta hesabla 60 dollar səviyyəsində olacağı da qeyd olunur. Belə ki, Çində koronavirus səbəbindən tələbatın azalması neft bazarına da təsirsiz ötüşməyəcəyi göstərilib: “Proqnozumuz koronavirus amilini əhatə etmir. Lakin koronavirusun əsasən 2020-ci ilin birinci rübündə Çində, Asiyada iqtisadi artımın zəifləməsinə gətirib çıxaracağını istisna etmirəm... Amma tədarük amilinə də diqqət yetirməliyik”, - deyə iş adamı bildirib.

Şirkət rəhbərinin fikrincə, Liviyada hasilatdakı fasilələr və OPEC tərəfindən mümkün reaksiya nəticəsində də Çində neftə tələbatın azalmasının fəsadları zəifləyə bilər: “Odur ki, koronavirus olsun, ya olmasın, biz bir barelin 60 dollar olacağını düşünürük”.

Son xəbərlər

Orphus sistemi