Avropada qazın qiyməti yenidən aşağı düşüb

Avropada qazın qiyməti yenidən aşağı düşüb Avropadakı noyabr qaz fyuçerslərinin qiyməti bugünkü ticarət sessiyasının sonunda 6% düşərək min kubmetr üçün 1 050 ABŞ dolları olub.
Energetika
22 Oktyabr , 2021 05:38
Avropada qazın qiyməti yenidən aşağı düşüb

Avropadakı noyabr qaz fyuçerslərinin qiyməti bugünkü ticarət sessiyasının sonunda 6 % düşərək min kubmetr üçün 1 050 ABŞ dolları olub.

"Report"un xəbərinə görə, bunu ICE Futures üzrə ticarət məlumatları göstərir.

Noyabr qaz fyuçerslərinin qiyməti TTF indeksinə görə ticarətin açılışında min kubmetr üçün 1 130 ABŞ dolları olub.

Qeyd edək ki, fyuçerslərin dinamikası birjada əvvəlki ticarət gününün hesablaşma qiyməti ilə ölçülür.

Avropada qazın qiyməti son aylarda kəskin artıb. Oktyabrın 6-da isə min kubmetr üçün tarixi maksimuma - 1 937 ABŞ dollarına çatıb.

Son xəbərlər

Orphus sistemi