Avropada qaz fyuçerslərinin qiymətləri ticarət sessiyasının sonunda 1 092 ABŞ dollarına düşüb.
“Report” xəbər verir ki, bunu "ICE Futures"in məlumatları sübut edir.
Qeyd edilir ki, dekabr ayı qaz fyuçerslərinin dəyəri Niderlandın TTF indeksinə əsasən ticarət sessiyasının əvvəlində 1 120 ABŞ dollarını bir qədər keçib.
Qazın qiyməti gün ərzində 1 060 ABŞ dollarına düşsə də, ticarətin sonunda isə bir qədər yüksələrək 1 092 ABŞ dollarına çatıb ki, bu da bir gün əvvəl hesablanmış qiymətdən 2,4% aşağıdır.