Avropada qazın qiyməti dünənki səviyyədə qalıb

Avropada qazın qiyməti dünənki səviyyədə qalıb Avropa bazarında qazın qiymətləri dünənki hesablaşma qiymətinə yaxın səviyyədə qalıb.
Energetika
28 Yanvar , 2022 16:33
Avropada qazın qiyməti dünənki səviyyədə qalıb

Avropa bazarında qazın qiymətləri dünənki hesablaşma qiymətinə yaxın səviyyədə qalıb.

“Report” xəbər verir ki, Londonun “İCE Futures” birjasında TTF onlayn qaz satışı mərkəzinin fevral fyüçersləri bir neçə dəqiqəyə 1050 dollardan 1080 dollaradək qalxdıqdan sonra 1060-1080 dollar arasında qiymətlərə satılıb. Bu da ötən günün hesablaşma qiyməti olan 1068,9 USD/1000 kubmetr-ə yaxındır.

Xatırladaq ki, regionda qazın qiyməti ötən ilin yazında 200-300 dollardan oktyabrın əvvəlində 1000 dollaradək, dekabrda isə tarixi rekord olan 2190,4 dollaradək artıb. Bu bahalaşmanın amilləri sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin sürətdə artması, tədarükçülərin təklifinin məhdud olması və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olması göstərilir. Sonrakı dövrdə isə havaların bir qədər isinməsi, külək elektrik stansiyalarında istehsalın artması, ABŞ-dan LNG idxalı nəticəsində qaz yenidən ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi