Avropada qazın qiyməti 7 faiz artıb

Avropada qazın qiyməti 7 faiz artıb Avropada qazın qiyməti ticarət sessiyasının sonunda 7,2% artaraq min kubmetr üçün 900 ABŞ dollarına yaxınlaşıb.
Energetika
12 Noyabr , 2021 05:24
Avropada qazın qiyməti 7 faiz artıb

Avropada qazın qiyməti ticarət sessiyasının sonunda 7,2% artaraq min kubmetr üçün 900 ABŞ dollarına yaxınlaşıb.

"Report" xəbər verir ki, bu barədə "ICE Futures" məlumat yayıb.

Məlumata görə, Niderlandın TTF indeksinə görə qaz fyuçerslərinin qiyməti ticarət sessiyasının açılışında hər min kubmetr üçün 860 ABŞ dolları təşkil edib.

Ötən gün ərzində fyuçerslər orta hesabla 830-860 ABŞ dolları səviyyəsində satılıb və ticarətin sonuna qədər isə 896,8-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi