Avropada qaz 5 %-ə yaxın ucuzlaşıb

Avropada qaz 5 %-ə yaxın ucuzlaşıb Günün əvvəlindən etibarən Avropada qazın qiyməti min kubmetr üçün 960 ABŞ dollarından aşağı düşüb.
Energetika
17 May , 2022 12:10
Avropada qaz 5 %-ə yaxın ucuzlaşıb

Günün əvvəlindən etibarən Avropada təbii qazın qiyməti min kubmetr üçün 960 ABŞ dollarından aşağı düşüb.

“Report” Londonun ICE birjasına istinadən xəbər verir ki, Niderlandın TTF habında qazın iyun fyuçerslərinin qiyməti min kubmetr üçün 957 ABŞ dollarınadək düşüb.

Ümumilikdə, gün ərzində ucuzlaşma 4,7% təşkil edir.

Hazırda Avropanın yeraltı anbarlarında qaz ehtiyatı 40%-i ötüb. Bu isə oktyabrın 1-dək qarşıya qoyulmuş məqsədin, təxminən, yarısı deməkdir.

Son xəbərlər

Orphus sistemi