Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dolları ötüb

Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dolları ötüb Avropada qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dollarını ötüb.
Energetika
16 Noyabr , 2021 12:55
Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dolları ötüb

Avropada qazın 1000 kubmetrinin qiyməti 980 ABŞ dollarını ötüb.

“Report” TASS-a istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın dekabr fyuçerslərinin qiyməti günə 1000 kubmetr üçün 983 ABŞ dolları ilə başlayıb.

Ümumilikdə gün ərzində Avropada qazın qiyməti 4%-dən çox artıb.

Qiymət artımına səbəb Norveçdən Avropada qaz tədarükünün azalması ola bilər. Belə ki, gün ərzində tədarük həcmləri gündəlik 345,7 milyon kubmetrdən 310,9 milyon kubmetrə düşüb.

Son xəbərlər

Orphus sistemi