Avropada qaz yenidən ucuzlaşıb

Avropada qaz yenidən ucuzlaşıb Avropada ötən gün 20 % artaraq 1 370 ABŞ dollaradək bahalaşan qaz bugünkü hərrac zamanı 1000 kubmetr üçün 1 100 ABŞ dollaradəkk ucuzlaşıb.
Energetika
28 Aprel , 2022 13:17
Avropada qaz yenidən ucuzlaşıb

Avropada ötən gün 20 % artaraq 1 370 ABŞ dollaradək bahalaşan qaz bugünkü hərrac zamanı 1000 kubmetr üçün 1 100 ABŞ dollaradəkk ucuzlaşıb.

“Report” xəbər verir ki, bu barədə Londondakı “ICE Futures” birjasının məlumatlarında deyilir.  

Həmçinin regionun ən böyük onlayn qaz satışı mərkəzi TTF-in may fyüçersləri hərracın əvvəlində 1 140 ABŞ dollardan 1 085 ABŞ dollaradək ucuzlaşıb və hazırda 1100 ABŞ dolları ətrafında satılır.

Qeyd edək ki, ötən gün qiymətlərin kəskin artması Rusiyanın Polşa və Bolqarıstana qaz ixracını dayandırdıqlarını bəyan etməsilə bağlıdır.

İngilis versiyası Gas prices in Europe fall

Son xəbərlər

Orphus sistemi