Avropanın başlıca qaz satış mərkəzi olan Niderlandın TTF rəqəmsal satış mərkəzində qazın martın 15-də çatdırılması üzrə min kubmetr üçün qiyməti 229 ABŞ dollara yüksəlib.
“Report” “İnterfax”a istinadən xəbər verir ki, Avropada qaz son bir həftə ərzində 11 %, ayın əvvəlindən isə 16 % bahalaşıb.
2021-ci ildə TTF-də "növbəti gün" müqavilələrinin orta qiyməti 234 ABŞ dolları təşkil edib.
Təbii qazın bahalaşması karbon qazı tullantılarına icazələrin bahalaşması ilə həmahəng gedir. Belə ki, karbon qazı tullantılarının daha məsrəfli olması ilə yanacaq olaraq ekoloji cəhətdən təmiz olan qaza tələbat da artır. Həmçinin bu həftə Norveçin “Aasta Hansteen” və “Gullfaks” yataqlarından Avropaya qaz tədarükü də azalır.
Bütün bunlar fonunda martın 14-də Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 32,56 %-dək enib ki, bu da son 5 ilin orta səviyyəsindən 4,9 % azdır.