Avropada qaz ucuzlaşıb

Avropada qaz ucuzlaşıb Avropada qaz fyuçerslərinin qiyməti min kubmetr üçün 1,4-5,6% düşərək, 835-870 ABŞ dolları arasında tərəddüd edib.
Energetika
18 fevral 2022 12:33
Avropada qaz ucuzlaşıb

Avropada qaz fyuçerslərinin qiyməti hər 1 000 kubmetr üçün 1,4-5,6% azalaraq 835-870 ABŞ dolları arasında dəyişib. 

Bu barədə “Report” Londonun ICE birjasına istinadən xəbər verir.

Belə ki, ticarət sessiyası ərzində qiymət maksimum 870, minimum 835 ABŞ dolları olub, bu isə dünənki qiymətlərdən 1,4-5,6% daha azdır.

Ümumilikdə, Avropada qaz qiymətlərində yanvar ayının sonlarından etibarən güclü volatillik müşahidə olunur.

Ötən ilin yazında TTF habı indeksi üzrə orta hesabla 250-300 ABŞ dolları səviyyəsində olan qazın qiyməti dekabrın 21-də tarixi maksimuma – 2 190 ABŞ dollarına çatıb.

Avropada qazın kəskin bahalaşması müxtəlif amillərdən qaynaqlanır. Ekspertlər bu amillər sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin artmasını, tədarükçülərin təklifinin məhdud olmasını və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olmasını göstərirlər.

İngilis versiyası Gas prices in Europe fall

Son xəbərlər

Orphus sistemi