Avropada külək enerjisi istehsalı üzrə sutkalıq rekord qeydə alınıb

Avropada külək enerjisi istehsalı üzrə sutkalıq rekord qeydə alınıb Bu, yanvarın 21-də qeydə alınmış öncəki rekorddan xeyli yüksəkdir
Energetika
15 Mart , 2021 16:43
Avropada külək enerjisi istehsalı üzrə sutkalıq rekord qeydə alınıb

Martın 11-də külək enerjisi hesabına elektrik enerjisi istehsalı rekord həddə - gündəlik 2,79 TVt/saata çatıb.

“Report” xəbər verir ki, bu barədə “S&P Global Platts” “WindEurope”un məlumatlarına istinadən bildirib.

Bu, yanvarın 21-də qeydə alınmış öncəki rekorddan xeyli yüksəkdir.

Avropa Elektrik Enerjisi Ötürülməsi Sistem Operatorları Şəbəkəsinin (ENTSO-E) məlumatına görə, külək enerjisi istehsalının pik nöqtəsində elektrik enerjisinin səviyyəsi 122,9 GVt-a çatıb.

Ötən cümə axşamı tələbatda külək enerjisinin payı martın 9-dakı 7 % səviyyəsindən 28,9 %-ə yüksəlib. Ən böyük pay Danimarkada qeydə alınıb - 89 %.

Almaniyada külək elektrik stansiyalarından elektrik enerjisi istehsalı gündəlik 1,02 TVt olub ki, bu da tarixdə ikinci ən yüksək göstəricidir.

Belçikada milli rekord yenlənib. “Elia” operatorunun məlumatına görə, ölkədə külək enerjisi istehsalı orta hesabla 4,038 Gvt-a çatıb. Eyni zamanda Belçikada martın 11-də elektrik enerjisinin qiymətləri mənfiyə düşüb. Almaniya və Danimarkada isə qiymətlər martın 12-də sıfırın altına düşüb.

Bu ilin əvvəlindən bəri Avropada külək enerjisi əsasında 95,5 TVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 21 TVt/ssat azdır.

2020-ci ilin sonunda Avropada quraşdırılmış külək enerjisinin gücü 219,5 GVt olub.

Son xəbərlər

Orphus sistemi