Avropa və ABŞ neftçiləri üç rübə 145 milyard dollarlıq aktiv silib

Avropa və ABŞ neftçiləri üç rübə 145 milyard dollarlıq aktiv silib “S&P Global Market Intelligence”: Bu ən azı son on ildə ən böyük üçrüblük korrektədir
Energetika
29 Dekabr , 2020 17:07
Avropa və ABŞ neftçiləri üç rübə 145 milyard dollarlıq aktiv silib

Koronavirus pandemiyası aktivlərin silinməsi üzrə irimiqyaslı dalğaya səbəb olub. Ən “aqressiv” dalğa ilə isə neftçilər qarşılaşıblar: bu ilin ilk üç rübündə ABŞ və Avropa şirkətləri xammal qiymətlərinin kəskin azalması səbəbi ilə bizneslərinin dəyərini 145 milyard ABŞ dolları həcmində korrektə ediblər.

“Report” “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu, “S&P Global Market Intelligence”in analitiklərinin fikrincə, ən azı son on ildə ən böyük üçrüblük korrektədir. Eyni zamanda bütünlükdə il neft-qaz sənayesi üçün tarixin ən pis illərindən biri olacağını vəd edir.

Ən ciddi yenidənqiymətləndirmələr “Royal Dutch Shell”, BP və “Total” neft şirkətləri tərəfindən edilib: bütün silinmələrin üçdə birindən çoxu onların payına düşüb. “Concho Resources” və “Occidental Petroleum” da daxil olmaqla, ABŞ-ın şist neft şirkətləri son dörd ildə ümumilikdə sildiklərindən daha çox aktiv siliblər.

Analitiklər şirkətlərin aktivlərinin dəyərini kütləvi şəkildə yenidən nəzərdən keçirməyə başlamalarını uzun müddət neftə olan tələbatın qeyri-müəyyənliyi, bərpa olunan enerji mənbələrinin inkişafı və eyni zamanda iqlim dəyişikliyi ilə əlaqədar narahatlıqlar ilə izah edir.

Son xəbərlər

Orphus sistemi