Avropa üçün "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti artıb

Avropa üçün "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti artıb "Cənub Qaz Dəhlizi" ilə ilk qaz Avropaya artıq 2019-cu ildə daxil olacaq"
Energetika
9 Dekabr , 2014 23:50
Avropa üçün Cənub Qaz Dəhlizinin əhəmiyyəti artıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyanın "Cənub axını"nın tikintisindən imtina etməsi qərarı Avropa üçün "Cənub Qaz Dəhlizi"nin əhəmiyyətini artırıb.

"Report"-un Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının Enerji Məsələləri üzrə Komissarı Maroş Şevçoviç ötən gün keçirilən Avropa İttifaqı Şurasının iclası zamanı bəyan edib.

M.Şevçoviçin sözlərinə görə, Rusiyanın "Cənub axını"nın tikintisindən imtina etməsindən sonra "Cənub Qaz Dəhlizi" konsepsiyası prioritetə çevrilib. Bu dəhliz ilə ilk qaz isə Avropaya artıq 2019-cu ildə daxil olacaq.

O bildirib ki, Avropa İttifaqı Azərbaycan və Türkiyədən "Cənub dəhlizi" çərçivəsində layihələrin reallaşdırılmasına sadiqlik üzrə təminat da alıb: "Rəsmi Bakı və Ankara "Cənub Qaz Dəhlizi" düşüncəsinə sadiq olduqlarına dair təminat veriblər. Buna Transxəzər qaz kəməri də aiddir".

M.Şevçoviç qey edib ki, Cənubi Avropa ölkələrindəki yerli əhəmiyyətli qaz kəmərlərinin Avropa ölkələrinin enerji sistemləri ilə birləşdirilməsi məqsədi ilə Avropa İttifaqı Cənubi Avropadakı boru kəmərlərinin tikintisini aktivləşdirmək haqda da düşünür. 

Son xəbərlər

Orphus sistemi