Avropa TAP ilə qaz nəqli istiqamətinin dəyişdirilməsini təklif edir

Avropa TAP ilə qaz nəqli istiqamətinin dəyişdirilməsini təklif edir Hazırda Avropa Trans-Adriatik Boru Kəməri (TAP) ilə nəql edilən Azərbaycan təbii qazını İtaliyadan Yunanıstana keçə bilməsi imkanlarını araşdırır.
Energetika
24 May , 2022 18:09
Avropa TAP ilə qaz nəqli istiqamətinin dəyişdirilməsini təklif edir

Hazırda Avropa Trans-Adriatik Boru Kəməri (TAP) ilə nəql edilən Azərbaycan təbii qazını İtaliyadan Yunanıstana keçə bilməsi imkanlarını araşdırır.

“Report”un “Bloomberg” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsveçrənin “Axpo Solutions” şirkətinin ticari əməliyyatlar şöbəsinin rəhbəri Marko Zaalfrank bildirib.

Onun sözlərinə görə, bu boru kəməri hazırda təbii qazı cənub şərqdən - Azərbaycandan Avropanın cənub-şərqindən İtaliyaya nəql edir. Digər istiqamətdə boru kəmərinin ötürücülük gücü Avropada tədarükün diversifikasiyasına kömək edəcək.

“Axpo”nun məlumatında deyilir ki, Avropa mayeləşdirilmiş təbii qaza (LNG) böyük diqqət ayırsa da, yüksək soyudulmuş yanacaq haradansa gəlməlidir: “Yeni istehsal zavodları təxminən 2025-ci ildən əvvəl böyük həcmlərdə tədarük etməyə başlamayacaq. Mövcud yanacaq üçün rəqabət yaxın üç ildə qiymətləri yüksək saxlayaraq sərt qalacaq”.

Bununla belə, burada məsələ böyük LNG gəmilərinə çıxışın olmayan Macarıstan və Bolqarıstan kimi ölkələri təbii qazla təchiz etməkdir. Variantlardan biri də mövcud boru kəməri infrastrukturunun uyğunlaşdırılmasıdır.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir.

Son xəbərlər

Orphus sistemi