Avropa Komissiyası: "Əgər hansısa ölkənin qaz təchizatının azı 40%-i bir ölkədən asılıdırsa, həmin müqavilə yoxlanılmalıdır"

Avropa Komissiyası: "Əgər hansısa ölkənin qaz təchizatının azı 40%-i bir ölkədən asılıdırsa, həmin müqavilə yoxlanılmalıdır" Bakı. 15 fevral. REPORT.AZ/ Əsas məqsədimiz Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təchizatında şəffaflığı artırmaqdır. 
Energetika
15 Fevral , 2018 17:53
Avropa Komissiyası: Əgər hansısa ölkənin qaz təchizatının azı 40%-i bir ölkədən asılıdırsa, həmin müqavilə yoxlanılmalıdır
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç / Report/ Firi Salim

Bakı. 15 fevral. REPORT.AZ/ Əsas məqsədimiz Avropa İttifaqı (Aİ) ölkələrinin enerji təchizatında şəffaflığı artırmaqdır. 

"Report" xəbər verir ki, bunu Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şefçoviç deyib.

Onun sözlərinə görə, əgər Avropanın hansısa ölkəsinin təbii qazla təchizatının azı 40%-i bir ölkədən asılıdırsa, Avropa Komissiyası həmin müqaviləni yoxlamalıdır: "Biz İttifaqa üzv dövlətlər arasında interkonnektor məsələsini önə çəkmişik. Bu "mavi yanacağ"ın bir üzv dövlətin bazarından digər üzv dövlətin bazarına ötürülməsinə şərait yaradır. Həmçinin biz üzv dövlətlərə öhdəlik qoymuşuq ki, hansısa dövlətdə ehtiyac yaranarsa, digər dövlətlər buna yardım etməlidir. Biz enerji təchizatı sahəsində də çalışırıq".

M.Şefkoviç həmçinin deyib ki, Cənub Qaz Dəhlizi layihəsinin hesabına Aİ ölkələri 2020-ci ildən təbii qazla daha etibarlı təmin ediləcək. Bundan başqa, onun sözlərinə görə, Aİ sıxılmış qaz bazarlarına da maraq göstərir. 

Avropa Komissiyasının rəsmisi İranın Cənub Qaz Dəhlizi layihəsinə qoşulması istəyi barədə də danışıb: "Bu, bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi çox əhəmiyyətli layihədir. Biz bir neçə dəfə qaz ixracı barədə Türkmənistanla müzakirələr aparmışıq. Düşünürəm ki, layihəyə İranın da qoşulması onun özündən asılıdır".

Son xəbərlər

Orphus sistemi