Avropa Komissiyasının vitse-prezidenti Rusiya və Ukraynanın qaz həllini tapmağa ümid edir

Avropa Komissiyasının vitse-prezidenti Rusiya və Ukraynanın qaz həllini tapmağa ümid edir Ottinqer kompromiss və ya ara həlli oktyabr ayında almağı nəzərdə tutub
Energetika
8 Sentyabr , 2014 17:46
Avropa Komissiyasının vitse-prezidenti Rusiya və Ukraynanın qaz həllini tapmağa ümid edir
Bakı. 8 sentyabr. REPORT. AZ/ Qaz üzrə kompromis və ya ara qərarın Rusiya, Ukrayna və Avropa İttifaqı (Aİ) arasında oktyabrda keçiriləcək üçtərəfli qaz danışıqlarında əldə olunması mümkündür. Report-un verdiyi xəbərə görə, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Günter Ottinger bildirib. 

"Biz oktyabr ayında kompromis və ya ara qərar əldə etmək üzərində işləyəcəyik" - deyə, Q.Ottinger Ukraynanın energetika naziri Yuri Prodan ilə ikitərəfli görüşdən əvvəl Bakıdakı mətbuat konfransında bildirib. 

İyun ayının 16-dan "Qazprom" "Neftoqaz"ı borclar səbəbindən qabaqcadan ödəmə sisteminə keçirib. Hazırda borcun həcmi 5,3 mlrd. dollar təşkil edir. Qaz üzrə danışıqlarda əngəl qiymət məsələsidir. 

Xatırladaq ki, bu gün Bakıda Şərq əməkdaşlığı ölkələrinin xarici işlər nazirlikləri və energetika nazirlərinin qeyri-rəsmi görüşü başlayıb. Görüşdə proqramın 6 iştirakçı ölkəsi, eləcə də Avropa Komissiyasının nümayəndələri iştirak edir. 

Son xəbərlər

Orphus sistemi