Avropa İttifaqı Rusiya enerji daşıyıcılarından imtina edə bilər

Avropa İttifaqı Rusiya enerji daşıyıcılarından imtina edə bilər Avropa İttifaqı Ukraynadakı müharibənin uzanacağı təqdirdə Rusiyadan enerji daşıyıcıları idxalına son qoymaq məsələsini araşdırır.
Energetika
18 Mart , 2022 12:52
Avropa İttifaqı Rusiya enerji daşıyıcılarından imtina edə bilər

Avropa İttifaqı (Aİ) Ukraynadakı müharibənin uzanacağı təqdirdə Rusiyadan enerji daşıyıcıları idxalına son qoymaq məsələsini araşdırır.

“Report” “El Pais”ə istinadən xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.

Belə ki, Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyalar zərfi sonrakı fəndlər imkanını az qala sıfıra endirərək Moskva ilə enerji əlaqələrinin tam kəsilməsini gündəmə gətirəcək. Aİ-nin Almaniya və bir sıra başqa üzv ölkələri bunu dəstəkləməsə də, müharibənin uzanması halında həmin ölkələrə Rusiyadan qaz, neft, kömür idxalını tam dayandırmaları üçün təzyiqlər arta bilər.

Sözügedən məsələnin martın 14-də üzv ölkələrin daimi nümayəndələri səviyyəsində başlanmış müzakirəsinin bu gün davam etməsi gözlənilir.

Eyni zamanda, Avropa İttifaqının martın 24-25-də keçiriləcək zirvə görüşündə iştirak edəcək ABŞ Prezidenti Cozef Baydenə qarşı Rusiya enerji daşıyıcılarından imtina olunması müqabilində ABŞ-dan LNG idxalı üçün daha əlverişli şərtlər tətbiqi üçün təzyiqlər göstəriləcəyi də qeyd olunur.

Son xəbərlər

Orphus sistemi