Avropa İttifaqının Qaz Direktivinə edilən düzəlişlər təsdiqlənib

Avropa İttifaqının Qaz Direktivinə edilən düzəlişlər təsdiqlənib Artiq qaz hasilatçıları həmin qazı Aİ məkanına nəql edəcək qaz kəməri işlədə bilməyəcək
Energetika
15 Aprel , 2019 14:37
Avropa İttifaqının Qaz Direktivinə edilən düzəlişlər təsdiqlənib

Avropa İttifaqı Şurası təşkilatın Qaz Direktivinə dəniz qaz kəmərlərinə dair düzəlişləri təsdiq edib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, Avropa Parlamenti tərəfindən aprelin əvvəlində qəbul edilən sənəd müzakirə olunmadan təsdiqlənib.

Beləliklə, sənəd son rəsmi razılaşma mərhələsindən keçib və Avropa İttifaqının rəsmi dərgisində dərc olunduqdan 20 gün sonra qüvvəyə minəcək. 

Avropa İttifaqına üzv ölkələrin 9 ay ərzində öz qanunlarını uyğunlaşdıracaqları yeni sənədə bu təşkilat məkanına üçüncü ölkələrdən çəkilmiş və çəkilən dəniz qaz kəmərləri, eləcə də hazırda qurudan keçən kəmərləri üçün qüvvədə olan bəzi qaydalar şamil edilir. 

Həmin qaydalar arasında qaz hasilatı və nəqli ilə bağlı fəaliyyətin bir-birindən ayrılmasını ehtiva edən unbundling (ayrılma) da var. Yəni bundan sonra qaz hasil etmək və eyni zamanda həmin qazı Avropa İttifaqı məkanına nəql etmək qadağan olunur.

Son xəbərlər

Orphus sistemi