Avqustda OPEC+ öhdəliyi 108% yerinə yetirilib

Avqustda OPEC+ öhdəliyi 108% yerinə yetirilib
Energetika
17 Sentyabr , 2018 16:54
Avqustda OPEC+ öhdəliyi 108% yerinə yetirilib
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ OPEC+ razılığı çərçivəsində ölkələr avqust ayında neft hasilatı ilə bağlı öhdəliyə 108% əməl edib.

“Report” "RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Onun sözlərinə görə, iştirakçı ölkələr vəziyyətin inkişafı üçün istənilən ssenarini müzakirə etmək imkanına malikdirlər.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 mln. barel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.