Azərbaycan elektrik enerjisi ixracını 33 %-dən çox artırıb

Energetika
  • 13 sentyabr, 2024
  • 09:11
Azərbaycan elektrik enerjisi ixracını 33 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 858,9 milyon kVt/saat təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin 2024-cü ilin 8 ayı üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 671,7 milyon kVt/saat və ya 43,9 % azdır.

Ötən 8 ay ərzində ölkədə elektrik enerjisinin idxalı 125,5 milyon kVt/saat olub. Bu da, bir il öncəki göstəricisi ilə müqayisədə 43,8 milyon kVt/saat və ya 25,9 % azdır.

Bu ilin avqust ayında Azərbaycanda elektrik enerjisinin ixracı 84,5 milyon kVt/saat və ya 33,34 % artaraq 388 milyon kVt/saat təşkil edib.

Ötən ay Azərbaycanda elektrik enerjisinin idxalı 13,4 milyon kVt/saat təşkil edib ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 1,8 milyon kVt/saat və ya 15,52 % azdır.

Xatırladaq ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin idxalı 169,3 milyon kVt/saat, ixracı isə 1 milyard 530,6 kVt/saat olub. Ötən ilin avqust ayında isə ölkədə elektrik enerjisinin idxalı 11,6 milyon kVt/saat, ixracı isə 253,5 milyon kVt/saat təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti