Yuxarı

Avopa Komissiyası yaxın günlərdə "Şimal Axını-2" layihəsi ilə bağlı qərarını açıqlayacaq

Avrokomissiya Ukrayna və Rusiyanın iştirakı üç tərəfli görüşün küçirilməsinə də çalışır

Bakı. 13fevral. REPORT.AZ/ "Avopa Komissiyası yaxın günlərdə "Şimal Axını-2" layihəsi ilə bağlı qərarını açıqlayacaq". "Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç Münhen Təhlükəsizlik Konfransında müzakirələr zamanı deyib.

Şefçoviç, həmçinin, qeyd edib ki, Avrokomissiya Ukrayna və Rusiyanın iştirakı qazın nəqli mövzusuna həsr olunan üç tərəfli görüşün küçirilməsinə də çalışır.

Onun sözlərinə görə, Avropa Komissiyası "Qazprom" və "Naftoqaz" arasında vasitəçilik etməyə hazırdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi