"Atlantic Council": Geosiyasi vəziyyət BTC-nin fəaliyyətinə mənfi təsir göstərmir

"Atlantic Council": Geosiyasi vəziyyət BTC-nin fəaliyyətinə mənfi təsir göstərmir Dünyada dəyişən geosiyasi vəziyyət Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin fəaliyyətinə mənfi təsir göstərə bilmir.
Energetika
6 İyun , 2024 15:03
Atlantic Council: Geosiyasi vəziyyət BTC-nin fəaliyyətinə mənfi təsir göstərmir

Dünyada dəyişən geosiyasi vəziyyət Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəmərinin fəaliyyətinə mənfi təsir göstərə bilmir.

"Report" xəbər verir ki, bunu "Atlantic Council" Qlobal Enerji Mərkəzinin baş direktoru Landon Derentz Bakı Enerji Forumunun II günündə "Neft axınları: Kross-loqistika və Azərbaycanda infrastrukturun inkişafı" mövzusunda plenar müzakirələrdə bildirib.

O qeyd edib ki, Rusiya neftinə tətbiq olunan sanksiyalar Azərbaycan üçün geniş imkanlar yaradıb: "Rusiyadan tədarüklər dayandığı üçün Azərbaycana ciddi diqqət yetiriləcək. Geosiyasi vəziyyət bizə Azərbaycan vasitəsilə ixracın ildən-ilə artdığını və BTC boru kəmərinin genişləndirilməsi imkanlarını göstərdi. Həmçinin gələcəyə nəzər salaraq, Çinin bazara təsirini ölçdükdə müəyyən narahatlıqların olduğunu görərik. Düşünürəm ki, bu səbəbdən Qazaxıstanla da münasibətləri inkişaf etdirmək üçün yeni imkanlar araşdırılacaq".

Xatırladaq ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Son xəbərlər

Orphus sistemi