Azərbaycanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Azərbaycanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib Kənddə hər bir abunəçi üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb
Energetika
22 Sentyabr , 2016 12:06
Azərbaycanın daha bir kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Astara rayonunun Şağlazüzə kəndinə ilk dəfə təbii qaz verilib. 

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib. 

Məlumata görə, 233 abunəçisi olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 23247 metr uzunluğunda müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb. 

Xatırladaq ki, “Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər  davam etdirilir. Ölkənin hər yerində genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işləri aparılır, ''mavi yanacaq''la təchiz olunmayan yaşayış massivlərinin qazlaşdırılması, qaz infrastrukturunun yenidən qurulması və inkişaf etdirilməsi üçün intensiv işlər görülür.

Son xəbərlər

Orphus sistemi