Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq Astara rayonunun 5 kəndinin qaz təchizatında məhdudiyyətlər olacaq
Energetika
30 Yanvar , 2017 17:02
Astara magistral qaz kəmərləri sahəsində təmir aparılacaq

Bakı. 30 yanvar.REPORT.AZ/ Yanvarın 31-də saat 10:00-dan 17:00-dək Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Şahağacı” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

"Report" SOCAR-a istinadən xəbər verir ki, təmir işləri aparılan müddətdə Astara rayonunun Kakalos, Siyəkürt, Telman, Pensər və Şahağacı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Son xəbərlər

Orphus sistemi