Asiyada Avropa neftinə tələbat artıb

Asiyada Avropa neftinə tələbat artıb Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı hökumətinin fevral-mart aylarında hasilatı azaltmaq qərarı Asiya neftayırma müəssisələrini Avropa neftinə yönəlməyə vadar edib.
Energetika
12 Yanvar , 2021 17:00
Asiyada Avropa neftinə tələbat artıb

Dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı hökumətinin fevral-mart aylarında hasilatı azaltmaq qərarı Asiya neftayırma müəssisələrini Avropa neftinə yönəlməyə vadar edib.

“Report” “World Oil”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı həmçinin Asiya müştəriləri üçün rəsmi satış qiymətlərini qaldırdığını açıqlayıb.

Xatırladaq ki, həmin ölkənin ixrac etdiyi neftin müştəriləri arasında Asiya ölkələri böyük əksəriyyət təşkil edir.

Bundan sonra Çinin ən böyük neftayırma müəssisəsi “Sinopec Group”un ticarət bölməsi “Unipec” artıq 11 dəst “Brent” markalı neft satın alıb. Tələbatın kəskin artması dərhal bazarda əks-səda doğurub: “Brent” markalı neftin fyuçers satışlarının bəkvard, yəni dərhal satışları ilə əvəzlənmə trendi artıb.

Qeyd edək ki, bu gün səhər hərraclarında “Brent” markalı neftin mart fyuçersləri 0,27 faiz bahalaşaraq 55,81 ABŞ dollarından, WTI markalı neftin fevral fyuçersləri isə 0,38 faiz bahalaşaraq 52,45 ABŞ dollardan satılıb.

Son xəbərlər

Orphus sistemi