ASAN xidmət mərkəzlərində "Azəriqaz"la bağlı 16 mindən çox müraciət həllini tapıb

ASAN xidmət mərkəzlərində "Azəriqaz"la bağlı 16 mindən çox müraciət həllini tapıb SOCAR: "Bu istiqamətdə fəaliyyət bundan sonra da davam etdiriləcək"
Energetika
16 Mart , 2016 12:03
ASAN xidmət mərkəzlərində Azəriqazla bağlı 16 mindən çox müraciət həllini tapıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu ilin fevral ayında Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə təbii qazla bağlı 16 041 müraciət daxil olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

"İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək", - SOCAR-dan bildirilib.

Son xəbərlər

Orphus sistemi