​ARDNŞ avqustda 59 ton benzin satıb

​ARDNŞ avqustda 59 ton benzin satıb 2014-cü ilin avqustunda 59 ton avtomobil benzini ixrac edilib
Energetika
2 Sentyabr , 2014 16:31
​ARDNŞ avqustda 59 ton benzin satıb
Bakı. 2 sentyabr. REPORT.AZ/ ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin avqust ayında satılan yanacağın miqdarı ilə bağlı açıqlama verib.

Bu barədə “Report”a ARDNŞ-nin İctimaiyyətlə əlaqələr departamentindən xəbər verilib. Verilən məlumata görə 2014-cü ilin avqustunda 59 ton avtomobil benzini, 101 min 376 ton dizel yanacağı, 19 min 933 ton təyyarə yanacağı, 239 ton soba mazutu və 70 min 452 ton vakuum qazoylu ixrac edilib.

Qurumun bu ilin yanvar-avqust ayları ərzində satdığı yanacağın miqdarı da açıqlanıb. Belə ki, cari ilin qeyd edilən dövründə 745 ton avtomobil benzini, 629 min 606 ton dizel yanacağı, 119 min 715 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 285 min 882 ton vakuum qazoylu ixrac edilib. Cari ilin avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 938,29 dollar, təyyarə yanacağının - 926,29 dollar, dizel yanacağının - 863,44 dollar, 1% kükürdlü mazutun qiyməti 573,96 dollar təşkil edib.

Son xəbərlər

Orphus sistemi