Yuxarı

ARDNŞ sərbəstləşən işçilərin yerləşdirilməsini davam etdirir

Yüzdən çox neftçi ARDNŞ-nin “Sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a qoşulub

Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) aparılan struktur dəyişiklikləri nəticəsində sərbəstləşmiş işçilərin şirkətin digər struktur bölmələrində yerləşdirilməsi prosesi davam edir.

ARDNŞ-dən "Report"a verilən məlumata görə, siyahısı müəssisələr tərəfindən İnsan Resursları Departamentinə (İRD) təqdim olunmuş sərbəstləşmiş işçilərdən 134 nəfəri “Sərbəstləşən işçilərin sosial dayanıqlığının təmin olunmasına dair Proqram”a qoşulub. İş təklifi prosesində Proqrama qoşulmuş sərbəstləşən işçilərdən 122 nəfərin namizədliyinə baxılıb, 112 nəfər üçün müxtəlif vakansiyalar üzrə müsabiqələr (test və ya peşə sınaq imtahanları) təşkil edilib.

ARDNŞ-dən bildirilib ki, 25 nəfər ixtisasartırma kurslarına cəlb olunub və kursu müvəffəqiyyətlə bitirərək sertifikata layiq görülüb. Proqrama qoşulan sərbəstləşən işçilərdən ümumilikdə 47 nəfər işə qəbul olunmaq üçün müəssisələrə göndərilib, 11 nəfər isə keçid balını toplayaraq sərbəstləşən işçilərin kadr ehtiyatı bazasına daxil ediliblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi