Bakı. 6 noyabr. REPORT.AZ/ Bu gün saat 16:00 radələrində ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin ərazisində yerləşən 310 və 312 saylı meydançalar arasındakı təqribən 60 metrlik estakadada uçqun baş verib. Hadisə nəticəsində estakadanın üzərindən keçən 250 mm diametlik neft xətti qırılıb. Qəzanın daha böyük miqyas almaması məqsədi ilə NQÇİ-nin ərazidə olan 5 nəfər işçisi 307 saylı meydançaya gedərək oradakı qazpaylayıcı batareyanın siyirtmələrini bağlayıb. Beləliklə, yanğının və neftin dənizə axma təhlükəsinin qarşısı alınıb. Lakin geri dönərkən onların üzərində olduqları qəzalı meydança da uçub və onlar dənizə düşüblər. Operativ xilasetmə tədbirləri nəticəsində 4 nəfər dənizdən çıxarılıb. Onlardan 1 nəfəri dünyasını dəyişib. Dənizə düşməsi ehtimal edilən 1 nəfərin axtarış işləri davam etdirilir. Qaradağ-10, PS-158, PSK-51, Ağdərə-4, PSK-31, Orion-4, Şirvan-2, Zərdab-3 gəmiləri axtarış işlərinə cəlb olunub.
ARDNŞ-in Xəzərdəki estakadasında uçqun zamanı 4 nəfər xilas olunub
ARDNŞ-in Xəzərdəki estakadasında uçqun zamanı 4 nəfər xilas olunub Daha 1 nəfərin axtarış işləri davam etdirilir
Energetika
130
6 Noyabr , 2014
18:04

İqtisadiyyat Şöbəsi
Report.az
https://static.report.az/photo/84af329d-9550-317f-a57a-ad41a69fec86_50.jpg
Bu bölməyə aid digər xəbərlər
Çexiya ehtiyat üçün 360 milyon dollarlıq qaz alıb
2 İyul , 2022
22:23
“JP Morgan Chase”: "Neftin bir barelinin qiyməti 380 dollara çata bilər"
2 İyul , 2022
15:58
“Azəriqaz” növbəti həftə daha 5 rayonda “Açıq mikrofon” aksiyaları keçirəcək
2 İyul , 2022
12:37
Azərbaycan neftinin qiyməti yenidən 125 dolları keçib
2 İyul , 2022
09:23
“Azəriqaz”: “Bu il sayğaclarla bağlı 2 mindən çox müraciət daxil olub”
1 İyul , 2022
17:22
“SOCAR Polymer” ixrac gəlirlərini cüzi artırıb
1 İyul , 2022
12:27
Türkiyə Azərbaycana kerosin ixracını 26 dəfə artırıb
1 İyul , 2022
12:21
Bu il SOCAR-ın idarəsi qeyri-neft ixracından gəlirini 2,8 dəfə artırıb
1 İyul , 2022
12:14
Son xəbərlər
