Yuxarı

ARDNF: Yeni fiskal qaydanın tətbiqi növbəti illərdə aktivlərin davamlı artımına şərait yaradacaq

Dinlə

Bakı. 2 noyabr. REPORT.AZ/ Azərbaycan Resupblikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin qorunması, gələcək nəsillər üçün ehtiyat vəsaitin saxlanılması Fondun qarşısına qoyulmuş vəzifələrdən biridir və fəaliyyətinin mühüm məqsədini təşkil edir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib. Fonddan bildirilib ki, 2014-2016-cı illərdə xam neftin qiymətlərində kəskin azalmaya baxmayaraq ARDNF-nin aktivlərinin qorunması dövlətin prioritet vəzifəsini təşkil edib. “Buna misal olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclaslarında etdiyi çıxışlarda qeyd edildiyi kimi, hesabat ilinin ən vacib yekunlarından biri Neft Fondunun ehtiyatlarının qorunması oub”, - deyə məlumatda vurğulanıb.

ARDNF-dən bildirilib ki, cari ildə yeni büdcə (fiskal) qaydası təsdiq edilib ki, Fiskal qayda icmal büdcə xərclərinin, o cümlədən ölkənin xalis maliyyə aktivlərinə əsasən müəyyən edilən neft gəlirlərinin istifadəsinin yuxarı həddini, habelə qeyri-neft kəsirinin azaldılması üçün şərtlər müəyyən edir. Qaydaya əsasən, icmal büdcə xərclərinin növbəti ilə nisbətən artımı 3%-dən çox ola bilməz.

“Yeni fiskal qaydanın tətbiqi növbəti illərdə ARDNF-nin aktivlərinin davamlı artımına şərait yaradacaq. Digər tərəfdən, ARDNF-nin uzunmüddətli investisiya strategiyasının icrasında müvafiq olaraq investisiya portfelində yüksək gəlirlilik vəd edən aktivlərin payının artırılması uzunmüddətli dövrdə investisiya portfelinin gəlirliliyini yüksəltmək ilə yanaşı, Fondun aktivlərinin artırılmasına xidmət edir”, - deyə məlumatda vurğulanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi