ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Energetika
9 Dekabr , 2019 16:13
ARDNF-nin Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.  

"Report" xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 9-da bununla bağlı sərəncam imzalayıb. 

Sərəncama əsasən, ARDNF-nin yeni tərkibinə Azərbaycanın Baş Naziri, Milli Məclis sədrinin müavini, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri, Maliyyə naziri, İqtisadiyyat naziri və Mərkəzi Bankın sədri daxildir.

Son xəbərlər

Orphus sistemi