ARDNF-in “Şahdəniz”dən gəlirləri 64 % azalıb

ARDNF-in “Şahdəniz”dən gəlirləri 64 % azalıb Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 70,978 milyon ABŞ dolları gəlir əldə edib.
Energetika
28 İyul , 2021 11:04
ARDNF-in “Şahdəniz”dən gəlirləri 64 % azalıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından qaz və kondensat satışından 70,978 milyon ABŞ dolları gəlir əldə edib.

"Report" Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 64% azdır.

Yarım illik gəlirlərin 57,131 milyon dolları kondensat satışından əldə oluub. Bu isə 1 il əvvələ nisbətən 56,4% azdır.

“Şahdəniz” yatağının istismarına başlanıldığı 2007-ci ildən bu günə qədər oradan qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 738 milyon dollar təşkil edib.

"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "Petronas" (15,5 %), "LUKoil" (10 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi