ARDNF-ə ödənilən akrhesabı haqqların əksər hissəsi “Şəfəq-Asiman” strukturu hesabına olub

ARDNF-ə ödənilən akrhesabı haqqların əksər hissəsi “Şəfəq-Asiman” strukturu hesabına olub Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2022-ci ildə ümumilikdə 3,6 milyon manat akrhesabı ödənişlər köçürülüb.
Energetika
5 İyul , 2024 18:03
ARDNF-ə ödənilən akrhesabı haqqların əksər hissəsi  “Şəfəq-Asiman” strukturu hesabına olub

Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2022-ci ildə ümumilikdə 3,6 milyon manat akrhesabı ödənişlər köçürülüb.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının “Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə apardığı kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair hesabatda bildirilir.

Sənədə əsasən, bu ödənişlər 2022-ci il üçün təsdiq edilən rəqəm ilə müqayisədə tam həcmdə icra edilib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “BP Exploration (Azərbaycan) limited” və SOCAR-ın ortaq neft şirkəti arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorundakı “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında hasilatın pay bölgüsü Sazişi (HPBS) çərçivəsində kontrakt sahəsinin hər kvadrat kilometri üçün iki min ABŞ dolları məbləğində illik akrhesabı haqq ödənilməlidir. Kontrakt sahəsinin ərazisi təxminən 1 059 kvadrat kilometrdir və buna görə də 2,1 milyon ABŞ dolları məbləğində akrhesabı ödəniş edilib.

Son xəbərlər

Orphus sistemi