Yuxarı
    Bağlamaq

    ​ARDNŞ avqust ayı ərzində 89 375 metr qazma işi həyata keçirib

    2014-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 8252 metr qazma işi həyata keçirib

    Bakı. 4 sentyabr. REPORT.AZ/ 2014-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 8252 metr qazma işi həyata keçirib.

    Bu barədə “Report”a ARDNŞ-nin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Məlumata görə göstərilən bu rəqəm ARDNŞ-nin Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla reallaşdırdığı qazma işidir.

    Ümumiyyətlə isə 2014-cü ilin yanvar-avqust aylarında Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla ARDNŞ üzrə 89 375 metr qazma işi görülüb ki, bunun da 87 747 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi