​ARDNŞ avqust ayı ərzində 89 375 metr qazma işi həyata keçirib

​ARDNŞ avqust ayı ərzində 89 375 metr qazma işi həyata keçirib 2014-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 8252 metr qazma işi həyata keçirib
Energetika
4 Sentyabr , 2014 11:44
​ARDNŞ avqust ayı ərzində 89 375 metr qazma işi həyata keçirib
Bakı. 4 sentyabr. REPORT.AZ/ 2014-cü ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 8252 metr qazma işi həyata keçirib.

Bu barədə “Report”a ARDNŞ-nin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Məlumata görə göstərilən bu rəqəm ARDNŞ-nin Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla reallaşdırdığı qazma işidir.

Ümumiyyətlə isə 2014-cü ilin yanvar-avqust aylarında Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla ARDNŞ üzrə 89 375 metr qazma işi görülüb ki, bunun da 87 747 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

Son xəbərlər

Orphus sistemi