"Arabnews": Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanmasından Azərbaycan çox şey qazanıb

"Arabnews": Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanmasından Azərbaycan çox şey qazanıb Bakı. 20 avqust. REPORT.AZ/ Xəzər dənizinin statusu ilə bağlı Aktauda imzalanmış konvensiyadan daha çox Azərbaycan, Qazaxıstan və Türkmənistan qazanıblar.
Energetika
20 Avqust , 2018 10:54
Arabnews: Xəzərin statusu ilə bağlı konvensiyanın imzalanmasından Azərbaycan çox şey qazanıb
0 : 00
0 : 00

Bakı. 20 avqust. REPORT.AZ/ "Xəzər dənizinin statusu ilə bağlı Aktauda imzalanmış konvensiyadan daha çox Azərbaycan, Qazaxıstan və Türkmənistan qazanıblar".

"Report"un məlumatına görə, bu barədə "Arabnews" nəşrinin (BƏƏ, Dubay) iqtisadi şərhçisi Frank Keynin (Frank Kane) məqaləsində bildirilir. 

Müəllifin sözlərinə görə, adları çəkilən ölkələr Xəzərdə daha çox əraziyə sahib olacaqlar və dənizin resurslarından istifadə üzrə sazişlər imzalaya biləcəklər. 

"Bunlardan ən vacibi Trans-Xəzər Boru Kəməridir. Bu layihə çoxdandır ki, dünyanın iri şirkətlərinin nəzərindədir. Həmin kəmərlə Türkmənistanın qazı Azərbaycan və Türkiyə üzərindən Avropanın enerji bazarına nəql olunacaq. Bu, Avropanın enerji xəritəsində böyük dəyişikliklərə gətirib-çıxaracaq və qitənin Rusiya qazından asılılığını azaldacaq", - deyə F.Keyn qeyd edib. 

O, eyni zamanda yazıb ki, Rusiya Trans-Xəzər Boru kəməri ideyasını bəyənmir və layihənin reallaşdırılmasının qarşısını almaq üçün maneə yaratmağa çalışacaq. 

"İran da bu konvensiyanın imzalamasından qazanmadı, çünki bu ölkə ən balaca və resurslarla zəngin olmayan hissəyə sahib çıxacaq və bua görə də sənədin reallaşdırılmasını əngəlləməyə çalışacaq", - deyə "Arabnews"un şərhçisi bildirib.

Son xəbərlər

Orphus sistemi