Aprelin 1-dən neft və neft məhsullarının ixrac rüsumu artıb

Aprelin 1-dən neft və neft məhsullarının ixrac rüsumu artıb
Energetika
1 Aprel , 2019 10:21
Aprelin 1-dən neft və neft məhsullarının ixrac rüsumu artıb

Rusiyada 2019-cu il aprelin 1-dən etibarən neftin ixrac rüsumu 6,2 dollar artaraq, hər tona görə 97,4 dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə "İnterfaks" İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.

Yüksək qatılaşdırılmış neftə görə rüsumlar 9,1 dollardan 9,7 dollara qədər, yüngül neft məhsulları və yağlara görə rüsumlar 27,3 dollardan 29,2 dollara qədər, ağır neft məhsullarına görə rüsumlar isə 91,2 dollardan 97,4 dollara qədər artıb. Ticarət benzini üzrə ixrac vergisi 27,3 dollardan 29,2 dollara qədər artırılıb. Maye qaza görə vergi rüsumu sıfır olaraq qalıb.

Daha əvvəl hökumət neft şirkətləri ilə iyulun 1-dək neft qiymətlərini dondurmaqla bağlı sazişin uzadılmasına dair razılıq əldə etmişdi. Bunun qarşılığında neftçilərə dempferin korrektirovkası hesabına büdcə kompensasiyalarının artırılması vəd edilib.