Apreldə Ceyhan limanından 2,4 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Apreldə Ceyhan limanından 2,4 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb Bu ilin yanvar-aprel ayları üzrə isə bu göstərici 9,24 mln. ton olub
Energetika
7 May , 2015 17:21
Apreldə Ceyhan limanından 2,4 mln. ton Azərbaycan nefti dünya bazarına çıxarılıb

Bakı. 7 may. REPORT.AZ/ Cari ilin aprel ayı ərzində 2 377,338 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 370,883 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib.

"Report"un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9,74% və 25,52% azdır.

Cari ilin yanvar-aprel aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 9 239,395 min ton təşkil edib. Ümumiyyətlə, BTC istismara verilən gündən 2015-ci il mayın 1-ə qədər Ceyhan limanından 271 178,485 min ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Qeyd edək ki, 2014-cü ilin aprel ayı ərzində 2 633,818 min ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb. Bu həcmin 1 840,490 min tonunu Azərbaycan Dövlət Neft Fondunun nefti təşkil edib. 

Son xəbərlər

Orphus sistemi